Bələdiyyə başçısı "Ölülər günü"ndə öldürüldü
Dünya
Meksikanın Miçoakan ştatında Uruapan bələdiyyə başçısı Karlos Alberto Manzo Rodriqes “Ölülər Günü” mərasimi zamanı silahlı hücuma məruz qalıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bələdiyyə başçısı hadisə zamanı həyatını itib.
Meksika Federal Təhlükəsizlik Naziri Omar Qarsiya Harfuç hücum edən şəxsin hadisə yerində təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.
Miçoakan Baş Prokuroru Karlos Torres Pina Rodriqesin şənbə günü şəhərin tarixi meydanında keçirilən tədbir zamanı vurulduğunu və xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirdiyini bildirib.
Hadisə zamanı bir bələdiyyə şurası üzvü və bir mühafizəçi də yaralanıb. Hücumda istifadə olunan silahın bölgədə fəaliyyət göstərən rəqib cinayət qrupları arasında baş vermiş iki silahlı toqquşma ilə əlaqəli olduğu qeyd olunub.