Bələdiyyə sədrinə hücum olundu - Bu ölkədə
Dünya
Filippinin Maguindanao del Sur əyalətində bələdiyyə sədri Akmad Ampatuana silahlı hücum olub.
News24.az xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində merin karvanı yanacaqdoldurma məntəqəsinə daxil olarkən baş verib.
Məlumata görə, bələdiyyə sədrinin zirehli avtomobili raket atıcı qurğu və avtomat silahlardan atəşə tutulub. Yayılan görüntülərdə yol kənarında saxlanılmış mikroavtobusdan düşən şəxsin çiyninə raket qoyaraq birbaşa merin maşınını nişan aldığı, digər hücumçunun isə avtomatik silahla atəş açdığı görünür.
Atılan raket hədəfə dəyməyib. Partlayış nəticəsində qısa müddətli tüstü yaranıb və bələdiyyə sədrinin avtomobili hadisə yerindən uzaqlaşıb.