Berluskoniyə ciddi qan xəstəliyi diaqnozu qoyuldu

Berluskoniyə ciddi qan xəstəliyi diaqnozu qoyuldu Dünya
Ötən gün reanimasiyaya yerləşdirilən "İrəli, İtaliya" partiyasının lideri, keçmiş baş nazir Silvio Berluskoni ciddi qan xəstəliyindən əziyyət çəkir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən xəstəlik onun daha öncə də xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Bildirilib ki, siyasətçinin ağrıları və son günlərdə onda pnevmoniyanın aşkarlanması immunitetinin zəifləməsinə görə yaranan fəsadlardır. 

"Reuters"-in mənbəsinin məlumatına görə, siyasətçiyə leykoz diaqnozu qoyulub.