Bəşər Əsəd Rusiyada tələbə oldu

Bəşər Əsəd Rusiyada tələbə oldu Dünya

Suriyada baş verən inqilab zamanı ailəsi ilə birlikdə Dəməşqdən qaçan Suriyanın devrilmiş lideri Bəşər Əsəd Moskvada yenidən tələbə həyatı yaşayır.

News24.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, sürgündə darıxdığı və yeni məşğuliyyət tapmadığı üçün Əsəd gizli saxlanılan universitetdə oftalmologiya üzrə dərslər alır. Keçmiş lider eyni zamanda rus dilini də təkmilləşdirir. Mənbələr bildirir ki, Rusiya prezidenti Vladimir Putin Əsədlə demək olar ki, maraqlanmır.

Ailəyə yaxın bir dostunun sözlərinə görə, oftalmologiya Əsədin şəxsi maraq dairəsidir və onun maddi ehtiyacı yoxdur. Mənbə əlavə edib ki, müharibədən əvvəl də Əsəd Dəməşqdə mütəmadi olaraq göz həkimi kimi fəaliyyət göstərib.