BİR GECƏLİK MÜHARİBƏ: - 1,3 MİLYARD DOLLAR
Dünya
İranın yüzlərlə raket və pilotsuz uçuş aparatını dəf etmək İsrailə bir gecədə 1,3 milyard dollara başa gəlib.
R TV xəbər verir ki, bu barədə “Ynet” portalına İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah bildirib.
“Bir gecədə müharibə dörd-beş milyard şekelə (1-1,3 milyard dollar) başa gəlib.
Bu məbləğ İranın özünün hücuma görə ödədiyi məbləğdən xeyli çoxdur",- deyə general qeyd edib.
İsrail Baş Qərargahının keçmiş müşaviri ölkənin müdafiə büdcəsini artırmağa çağırıb: “Digər tərəfdən yeni müdafiə xərcləri iqtisadi artım potensialına mane ola bilər”.
Aslan Nadiroğlu