Bir gecəlik ödəniş etdiyi 5 ulduzlu oteldə 2 il yaşadı
Dünya
Hindistanda bir kişi beşulduzlu otelə bir gecəlik qalmaq üçün pul ödəsə də, orada 2 il yaşayıb.
News24.az xəbər verir ki, hadisə paytaxt Dehlidə baş verib.
Adı açıqlanmayan şəxs 30 may 2019-cu il tarixində bir gecəlik otaq sifariş etdikdən sonra otelə daxil olub və 22 yanvar 2022-ci ilə qədər orada qalıb.
İstintaq araşdırmasına görə, əməkdaşlardan biri müştərinin ödəniş etməməsinə baxmayaraq onun qalma müddətini uzatmağa davam edib.
İddiaya görə, kişinin otelə 5 milyon rupidən (103 min 500 AZN) çox borcu var.
Otel qaydalarına görə, əgər qonağın otelə 50 min rupidən çox borcu varsa, işçilər bu barədə qonaqlara məlumat verməlidir. Amma bu edilməyib.
Hadisə ilə bağlı həbs olunan olmayıb. /Indian Express/