Bir vaxtlar milyonlarını hara xərcləyəcəyini bilmirdi: İndi sosial mənzildə yaşayır
Dünya
Bir vaxtlar Fransanın ən şanslı insanlarından biri kimi manşetlərə çıxan Bruno Kalune bu gün lotereya uduşlarının necə qısa zamanda əldən çıxa biləcəyinin real nümunəsi kimi xatırlanır.
News24.az xəbər verir ki, 1995-ci ildə Fransa Lotereyasından 16 milyon avro qazanan Kalune hazırda sosial mənzildə yaşayır.
3 dekabr 1995-ci ildə Hazebrouk şəhərində bank işçisi olan Bruno Kalune lotereyada qalib gələrək bir gecədə milyonçuya çevrilib. Həmin vaxt 36 yaşında olan Kalune həyat yoldaşı və iki övladı ilə birlikdə ölkə üzrə məşhurlaşıb, milli televiziya proqramlarına dəvət olunub.
Kalune qazandığı sərvəti yığmaq və ya uzunmüddətli investisiyalara yönəltmək əvəzinə, onu paylaşmağı üstün tutub. O, ailəsinə və yaxın ətrafına ciddi maliyyə dəstəyi göstərib, xeyriyyə təşkilatlarına böyük məbləğlər ianə edib.
Bruno Kalunenin hekayəsi böyük uduşların düzgün idarə edilmədikdə necə sürətlə yox ola biləcəyini göstərən ibrətamiz nümunə kimi qiymətləndirilir. O, hazırda adi bir işdə çalışır və sosial təminatlı evdə yaşayır.