Bir yanlış yüzlərlə insanı milyonçu etdi, kripto bazarında xaos yaşandı

Bir yanlış yüzlərlə insanı milyonçu etdi, kripto bazarında xaos yaşandı Dünya

Cənubi Koreyada fəaliyyət göstərən “Bithumb” kriptobirjasında çalışan bir təcrübəçinin səhvi yüzlərlə istifadəçini bir anda milyonçuya çevirib.

News24.az xəbər verir ki, təcrübəçi istifadəçilərə 2000 koreya vonu (təxminən 1,5 dollar) məbləğində bonus köçürmək istəyib, lakin o, valyutanı səhv salaraq vəsaiti BTC, yəni bitkoin kimi göstərib. Nəticədə yüzlərlə istifadəçinin hesabına 2000 bitkoin köçürülüb.

Gözlənilməz qazanc əldə edən istifadəçilər dərhal bitkoinləri satmağa başlayıb.

Eyni vaxtda həyata keçirilən kütləvi satışlar bazarda ciddi dalğalanma yaradıb.