Bir zamanlar Yer Saturn kimi idi

Bir zamanlar Yer Saturn kimi idi Dünya

Avstraliyanın Monaş Universitetində aparılan araşdırmada Yerin keçmişini araşdırmaq üçün meteor kraterləri araşdırılıb.

News24.az xəbər verir ki, araşdırmada, təxminən 466 milyon il əvvəl böyük bir asteroidin Yer kürəsinin sərhədlərindən keçərkən gelgit gücünə görə parçalanaraq Saturn kimi planetin ətrafında bir halqa sistemi meydana gətirə biləcəyi ifadə edilib.

Bu halqanın Yer üzündə kölgə yaradaraq günəş işığını kəsmiş ola biləcəyi və bunun qlobal soyutmaya səbəb ola biləcəyi ifadə edilib.

Monaş Universitetinin Yer, Atmosfer və Ətraf Mühit Fakültəsindən tədqiqatın aparıcı müəllifi, professor Endi Tomkins verdiyi açıqlamada bu halqadan əldə edilən materialın "milyonlarla il" ərzində yavaş-yavaş Yerə düşdüyünü və müşahidə edilən meteorit zərbələrində qəfil artım olduğunu söyləyib.

"Bu tapıntını daha da maraqlı edən belə bir halqa sisteminin potensial iqlim təsirləridir. Halqa sisteminin qlobal temperaturlara təsir göstərə biləcəyi fikri yerdənkənar hadisələrin Yerin iqlimini necə formalaşdırdığına dair anlayışımıza yeni mürəkkəblik əlavə edir", - Tomkins bildirib. 

Günel Məlikzadə