Bişkekdən qayıdan Pezeşkianın təyyarəsi təcili eniş etdi

Bişkekdən qayıdan Pezeşkianın təyyarəsi təcili eniş etdi Dünya

İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi təcili eniş edib.

News24.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

Bildirilib ki, İran prezidentinin Bişkekdən qayıdan təyyarəsi Tehrana yox Rəşt Beynəlxalq Hava Limanına eniş edib.

Təcili enişə səbəb Hava Hücumundan Müdafiə sistemlərinin aktivləşdirilməsi olub.

Hadisə ilə bağlı İran hakimiyyəti tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Eyni zamanda, uçuşun Rəştə enişdən sonra davam edib-etmədiyi barədə də məlumat yoxdur.