“Biz atəşkəs istəmirik” ️

“Biz atəşkəs istəmirik” ️ Dünya

İran parlamentinin sədri sərt açıqlama verib.

News24.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında açıqlama verərək Tehran hökumətinin atəşkəs istəmədiyini bildirib.

Qalibaf vurğulayıb ki, təcavüzkara qarşı güclü tədbir görülməli və ona dərs verilməlidir ki, bir daha İrana hücum etməyi düşünməsin.

“Sionist rejimi öz utancverici varlığını və dominantlığını qorumaq üçün müharibə-danışıq-atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirməkdə maraqlıdır. Biz bu dövrü bitirəcəyik”, – deyə Qalibaf açıqlamasında bildirib. (Azad İran)