BMT-nin baş katibi Venesuela üçün dialoq təklif etdi
Dünya
BMT-nin Baş katibi Antonio Quterreş Venesuelanın BMT-dəki səfiri Samuel Monkada ilə görüşüb.
News24.az xəbər verir ki, görüşdə Quterreş ABŞ-nin Venesueladakı hərbi əməliyyatları ilə bağlı mövqeyini bir daha açıqlayıb və mümkün inklüziv milli dialoqu dəstəkləmək üçün BMT-nin “xoşməramlı xidmətlərini” təklif edib.
BMT sözçüsü Stefan Düjarrikin sözlərinə görə, baş katib beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmət edilməsinin vacibliyini vurğulayıb və tərəfləri eskalasiyadan çəkinməyə çağırıb.
Quterreş ABŞ-nin hərbi əməliyyatı nəticəsində prezident Nikolas Maduronun həbs olunmasından sonra vəziyyətdən dərin narahatlığını ifadə edib. BMT həmçinin Venesuela ilə bağlı dəniz əməliyyatlarının beynəlxalq hüquqa uyğun aparılmalı olduğunu bildirib.