BMT TŞ Suriyaya humanitar yardımı müzakirə edəcək

BMT TŞ Suriyaya humanitar yardımı müzakirə edəcək Dünya
BMT Təhlükəsizlik Şurası zəlzələdən sonra Suriyaya humanitar yardımla bağlı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının yenilənmiş iş proqramında deyilir.

Görüşdə Türkiyə ilə Suriya arasında sərhəddə əlavə keçid məntəqələrinin açılması müzakirə olunacaq. Bab əl-Havada indiki keçid məntəqəsindən əlavə, azı bir və ya daha iki keçid məntəqəsinin açılması təklif edilir.