"BMT uydurma təşkilatdır"

"BMT uydurma təşkilatdır" Dünya

Kiyev BMT-nin Ukraynadakı vəziyyətlə bağlı mövqeyində dəyişiklik gözləmir.

News24.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın “Kanal 24” telekanalına müsahibəsi zamanı deyib.  

Podolyakın sözlərinə görə, BMT “uydurma təşkilatdır” və ondan təsirli bir şey gözləmək lazım deyil: 

"Zelenski həm Baş Assambleyada, həm də BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. Çıxış zamanı o, müharibənin bütün aspektləri ilə bağlı danışacaq. Lakin bu, BMT-nin özünün mövqeyində ciddi dəyişikliklərə səbəb olmayacaq. BMT nəyəsə təsir edən qurum kimi mövcud deyil".

Qumral