BMT:"Yəməndə qadın və uşaqların qorunması üçün" - TƏDBİR GÖRÜLMƏLİDİR

BMT:"Yəməndə qadın və uşaqların qorunması üçün" - TƏDBİR GÖRÜLMƏLİDİR Dünya
"Yəməndəki münaqişədə qadın və uşaqların hədəf olması bizi ciddi şəkildə narahat edir".

News24.az-ın məlumatına görə, bunu qurumun Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bəyan edib.

O, özünün də ötən günlərdə adı çəkilən regionda olduğunu və tərəflərin nümayəndələri ilə görüşdüyünü xatırladıb.

H. Qrundberqin sözlərinə görə, danışıqlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb:

"Hesab edirəm ki, tərəflər dərhal atəşkəs haqqında razılaşma əldə edərək, dialoqa başlamalıdır. Regiondakı iqtisadi vəziyyətə gəlincə, məlumdur ki, müharibə ilk növbədə mülki əhaliyə təsir edir. Eyni zamanda bildirəm ki, Yəmən əhalisi, xüsusilə də qadınlar və qızlar çox güclü təhlükə altında yaşamağa məcburdur. Bu o deməkdir ki, 18 illik münaqişə dövründə ən çox əziyyət çəkən də onlar olub. Buna görə də ilk növbədə bu qəbildən olan insanların hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görülməlidir. Eyni zamanda münaqişənin siyasi yolla həlli istiqamətində işlərə başlamalıdır. İqtisadi problemlərə gəlincə, mənim ofisim Yəməndə istər xidmət və maliyyə, istərsə də digər sahələrdə çoxsaylı çatışmazlıqlar aşkarlayıb. Digər tərəfdən bəyan edirəm ki, təmsil etdiyim ofis Yəməndə atəşkəsə nail olmaq üçün tərəflərlə aktiv işləməyə hazırdır. Bir daha hesab edirik ki, münaqişənin həlli tərəflərin dialoqa hazırlıq səviyyəsindən asılıdır. Yalnız bu halda ədalətli nizamlanma haqqında danışmaq olar. Gənclər orada əhalinin böyük hissəsini təşkil edir. Onların təhsil və siyasi mühitə cəlb olunması son dərəcə vacibdir. Çünki onlar ölkənin xoşbəxt sabahına töhfə verə bilərlər".

Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurasının qlobal münaqişələrlə bağlı xüsusi iclası keçirilir

Fərid Azəri