“Boşanma” sözünə etiraz etdi: Paşinyandan Putinə cavab

“Boşanma” sözünə etiraz etdi: Paşinyandan Putinə cavab Dünya

Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin Ermənistanla bağlı işlət­diyi “boşanma” ifadəsi ilə razılaşmadığını bildirib.

News24.az xəbər verir ki, hazırda məzuniyyətdə olan Paşinyan jurnalistlərlə söhbətində Rusiya-Ermənistan münasibətlərinə dair açıqlamalar verib.

Paşinyan qeyd edib ki, dövlətlərarası münasibətlərin nikahla müqayisə olunmasını doğru hesab etmir.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq münasibətlərdə məhz bu məntiqlə hərəkət edir və hazırda Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür.

“Biz Aİİ-nin digər üzv dövlətləri kimi tamhüquqlu üzvüyük. Nə qədər ki, Aİİ üzvüyük, qərarların qəbulunda tam iştirak edirik”, - deyə Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Vladimir Putin son günlər Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda ölkənin gələcək geosiyasi seçiminin referendum yoluyla müəyyənləşdirilməsini təklif edib. Putin Ermənistanın həm Aİ, həm də Aİİ xəttini eyni vaxtda davam etdirməsinin çətin olacağına işarə edib. (musavat.com)