Boliviyada daşqın qurbanlarının sayı artdı

Boliviyada daşqın qurbanlarının sayı artdı Dünya

Boliviyanın şərqində, Santa-Krus bölgəsində çayın məcrasından çıxması nəticəsində baş verən güclü daşqında ölənlərin sayı 20-yə çatıb. Sayın artacağı istisna edilmir.

News24.az xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə nazirinin müavini Alfredo Troçe dövlətə məxsus “Bolivia TV” kanalına açıqlamasında bildirib.

“Təəssüf ki, daha 16 meyit tapılıb və ümumi say 20-yə yüksəlib. Bundan əlavə, onlarla çox insan itkin düşüb”, – deyə Troçe bildirib.

Onun sözlərinə görə, helikopterlər vasitəsilə indiyədək ən azı 300 nəfər xilas edilib, Pirai çayı ətrafında isə təxminən 2100 ailə daşqından zərər çəkib.

Rəsmilər yaxın günlərdə hava şəraitinin yaxşılaşacağını və su səviyyəsinin enməsi ilə xilasetmə işlərinin sürətlənəcəyini bildirirlər.