Bolqarıstan hökuməti bu səbəbdən istefa verib

Bolqarıstan hökuməti bu səbəbdən istefa verib Dünya

Bolqarıstan hökuməti etirazların təzyiqi altında istefa verib.

News24.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Rosen Jelezyakov bildirib ki, ölkə vətəndaşlarının narazılığını eşidir və demokratiyanın qorunmasını əsas prioritet hesab edir.

Onun açıqlaması hökumətin altıncı dəfə keçiriləcək etimadsızlıq səsverməsi öncəsi səsləndirilib. Baş nazirin sözlərinə görə, kabinet bu səsvermədən keçə bilərdi, lakin o, könüllü şəkildə istefa verməyi seçib.

Etirazlar 2026-cı ilin büdcə layihəsinə görə noyabr ayında başlayıb. Sənəddə vergi artımı, sosial ödənişlərin yüksəldilməsi və dövlət xərclərinin genişləndirilməsi nəzərdə tutulurdu.

Hökumət sonradan layihəni geri çəksə də, mitinqlər dayanmayıb. İnsanlar yalnız büdcənin ləğvini deyil, həmçinin hakimiyyətin tam dəyişməsini, növbədənkənar seçkilərin keçirilməsini və korrupsiyaya qarşı daha sərt mübarizə tələb ediblər.

Etiraz aksiyaları Sofiya ilə yanaşı, ölkənin digər şəhərlərini də əhatə edib.