Boris Consonun adı seks qalmaqalında

Boris Consonun adı seks qalmaqalında Dünya
Britaniyada keçmiş baş nazir Boris Consonun təşkil etdiyi əyləncə məclisləri ətrafında qalmaqal yenidən alovlanıb.

News24.az xəbər verir ki, siyasətçinin bir neçə köməkçisi sözügedən məclislərdə hər kəsin gözü qarşısında cinsi əlaqədə olublar. 

Əyləncə məclisi 2020-ci ildə karantin zamanı Edinburq hersoqunun dəfn mərasimi ərəfəsində Dauninq strit 10 ünvanındakı hökumət ofisində keçirilib.

Sözügedın detallar "Patigate" araşdırmasının bir hissəsi olub. İş üzrə ictimai dinləmələrin 2023-cü ildə başlaması planlaşdırılır. /ITV News/

Teymur MƏMMƏDOV