Bosfor boğazı yaxınlığında gəmidə partlayış oldu – Foto
Dünya
Qara dənizdə, Türkiyənin Bosfor boğazının şimalında yerləşən bir tankerin mühərrik otağında partlayış və yanğın baş verib.
News24.az xəbər verir ki, məlumatı “Tribeca” gəmiçilik agentliyi yayıb.
Agentliyin məlumatına görə, Qambiya bayrağı altında üzən və yükü olmayan “Kairos” tankeri insident baş verən zaman Bosfordan təxminən 83 kilometr şimalda olub. Gəmidə olan 25 nəfər təxliyə edilib.
“Tribeca” bildirib ki, ilkin məlumatlar gəminin mina ilə toqquşa biləcəyini və batmaq təhlükəsi ilə üzləşdiyini göstərir. Hadisə yerinə xilasedici yedək gəmiləri və sahil mühafizəsi qüvvələri göndərilib.
Agentlik əlavə edib ki, boğazda gəmilərin hərəkətinə məhdudiyyət qoyulmayıb.