Britaniya hökumətinin yeni tərkibi açıqlandı

Britaniya hökumətinin yeni tərkibi açıqlandı Dünya

Böyük Britaniyanın Baş naziri Endi Börnhem yeni kabinetin tərkibini açıqlayıb.

News24.az xəbər verir ki, yeni hökumətdə Ed Miliband xarici işlər, Ues Stritinq müdafiə, Con Heli maliyyə naziri təyin olunub. Şabana Mahmud isə daxili işlər naziri vəzifəsində qalıb.

Qeyd edək ki, Endi Börnhem Kral III Çarlz tərəfindən hökuməti formalaşdırmaq səlahiyyəti aldıqdan sonra baş nazir vəzifəsinin icrasına başlayıb