Britaniya Soyuq müharibədən sonra ilk dəfə 100 min veteranı hərbi xidmətə qayıdış ehtimalı ilə bağlı xəbərdar etdi

Britaniya Soyuq müharibədən sonra ilk dəfə 100 min veteranı hərbi xidmətə qayıdış ehtimalı ilə bağlı xəbərdar etdi Dünya

Böyük Britaniya Müdafiə Nazirliyi ölkədə təhlükəsizlik risklərinin artması fonunda təxminən 100 min keçmiş hərbçi ilə əlaqə saxlayıb.

"Daily Sun" nəşrinin məlumatına görə, Britaniya Ordusu, Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələrində xidmət etmiş şəxslərdən ibarət strateji ehtiyat qüvvələrinin üzvlərinə müraciət edilib.