Meloni müharibə ilə bağlı xəbərdarlıq etdi

Meloni müharibə ilə bağlı xəbərdarlıq etdi Dünya

Ukraynanın Liviyanın Benqazi limanında Rusiyaya məxsus hərbi gəmi ilə bağlı hücumundan sonra İtaliyanın Baş naziri Corcia Meloni konfliktin Aralıq dənizi regionuna yayılmamasının vacibliyini vurğulayıb.

News24.az xəbər verir ki, onun sözlərini “Euronews” müxbiri Xorxe Liboreiro sosial media platforması X-də sitat gətirib.

“Bu müharibə Aralıq dənizinə yayılmamalıdır və yayıla da bilməz. Bu məsələdə mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Son günlərdə ukraynalı dostlarımızla apardığımız müzakirələrdə olduğu kimi, tərəfdaşlarımıza da fikrimizi aydın şəkildə çatdırmalıyıq”, – Meloni bildirib.

Qeyd edək ki, noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkuri” korvetində partlayış və yanğın baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra Rusiya hərbi gəmisinə hücumun Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirildiyini açıqlayıb.