Britaniyada kral taxtı bərpa edilir

Britaniyada kral taxtı bərpa edilir Dünya
Britaniyalı restavratorlar 14-cü əsrdən bəri ingilis monarxlarının tacqoyma mərasimlərində istifadə edilən palıd taxtı bərpa edirlər.

News24.az
xəbər verir ki, taxt III Çarlzın may ayında keçiriləcək tacqoyma mərasimi üçün hazırlanır. 

Taxt 1300-cü ildə I Edvard (1239-1307) üçün hazırlanıb. 1308-ci ildən tacqoyma mərasiminin vacib atributuna çevrilib.

1953-cü ildə II Yelizavetanın (1926-2022) tacqoyma mərasimindən sonra çəkisi 152 kq olan taxt bir qədər deformasiyaya uğrayıb.

2007-ci ildə məlum olub ki, Vestminster abbatlığında istilik sistemi onun vəziyyətinə mənfi təsir edib. Bundan sonra binada rütubətə nəzarət sensorları quraşdırılıb. /Telegraph/

Teymur MƏMMƏDOV