Əbu-Dabi görüşü ilə bağlı ilk açıqlama – Umerov detallardan danışdı

Əbu-Dabi görüşü ilə bağlı ilk açıqlama – Umerov detallardan danışdı Dünya

Əbu-Dabidə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Rustem Umerov bildirib ki, danışıqların ikinci raundu “məzmunlu və məhsuldar” olub. Onun sözlərinə görə, iş əsasən “konkret addımlar və praktik həllər” üzərində cəmlənib.

News24.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Umerov bildirib ki, Əbu-Dabidə keçirilən üçtərəfli görüşdən sonra danışıqlar prosesi bu gün işçi qrup formatında davam etdirilib.

“Əbu-Dabidə üçtərəfli görüşdən sonra danışıqlar prosesi bu gün işçi qrup formatında davam etdi. Ukrayna nümayəndə heyətinin tərkibində məndən başqa Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa, Andrey Qnatov, Vadim Skibitski və Aleksandr Bevz yer alıb. ABŞ tərəfini isə Stiv Uitkoff, Cared Kuşner və Coş Qrünbaum, həmçinin Daniel Driskoll və general Aleks Qrinkyeviç təmsil edib. Rusiya tərəfi yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə iştirak edib”, – paylaşımda bildirilir.