Bu dəfə "İlin adamı" onlar oldu
Dünya
“Time” jurnalı bu il "İlin adamı" kimi bir neçə nəfəri seçib.
News24.az xəbər verir ki, siyahıda “Meta”nın rəhbəri Mark Zukerberq, “X” şirkətinin sahibi İlon Mask, “Nvidia”nın direktoru Jensen Huanq və süni intellektin “xaç anası” kimi tanınan çinli Fei-Fei Li, eləcə də digər şəxslər yer alıb.
“Time” jurnalının hər iki üz qabığı süni intellektə həsr olunub, adıçəkilən şəxslərin təsviri verilib.
Xatırladaq ki, ötən il “Time” jurnalı ABŞ Prezidenti Donald Trampı “İlin adamı” seçib.