Bu gəlinin cehizində dron da var
Dünya
İranın dövlət televiziyasında yayımlanan bir verilişdə qonaq olan cütlük gəlinə verilən cehizlə bağlı qeyri-adi açıqlama verib.
News24.az xəbər verir ki, veriliş zamanı bəy cehizə İran istehsalı olan “Shahed” dronunun əlavə edildiyini bildirib.
O, dronun İsrailin mərkəzinə dəyəcəyini ümid etdiyini də qeyd edib.
Hadisə son həftələrdə İran mediasında və rəsmi tədbirlərdə hərbi simvolların, dronların daha çox təbliğat elementinə çevrilməsi fonunda diqqət çəkib.