Bu görüntülər narazılıq yaratdı - Foto

Bu görüntülər narazılıq yaratdı - Foto Dünya

"İYİ Partiya"nın Balıkesir millət vəkili Turhan Çömezin anası İkbal Çömezin dəfn mərasimindən yayılan görüntülər ictimaiyyət arasında müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, günorta namazından əvvəl keçirilən mərasim zamanı çəkilən videoda CHP-dən olan bələdiyyə sədri İbrahim Palazın dəfn namazında iştirak etmək əvəzinə mərasim yerinin qarşısında bir qrup şəxslə söhbət etdiyi görünür.

Görüntülərdə söhbət əsnasında gülüş səslərinin eşidilməsi bəzi vətəndaşların narazılığına səbəb olub. Yas mərasimində nümayiş etdirilən bu davranış sosial şəbəkədə və ictimaiyyət arasında tənqid edilib.

Bəzi iştirakçılar yas mühitinə uyğun olmayan hərəkətlərin hörmətsizlik kimi qəbul edildiyini bildiriblər.

Bu görüntülər narazılıq yaratdı - Foto