Bu gün Qazaxıstanda referendum idi - Fotolar

Bu gün Qazaxıstanda referendum idi - Fotolar Dünya

Bu gün Qazaxıstanda yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı ümumxalq referendumu keçirilib.

News24.az xəbər verir ki, səsvermə 30 avqust 1995‑ci ildə qəbul olunmuş konstitusiyaya dəyişikliklər edilməsi məqsədi daşıyır.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev də paytaxt Astanada referendumda iştirak edib.

Məlumata görə, saat 07:00-da açılan bütün yerli seçki məntəqələri 19:00-da bağlanıb və səsvermə başa çatıb.

Buna baxmayaraq ölkə hüdudlarından kənarda bəzi məntəqələr vətəndaşları qəbul etməyə davam edir.

San-Fransiskoda (ABŞ) yerləşən məntəqə isə martın 16-sı səhərə qədər fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyasının məlumatına görə, seçici fəallığı 73,24 % təşkil edib. Səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50 %-dən çoxu iştirak etdiyi üçün referendum rəsmən baş tutmuş hesab olunub.

Referendumda vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə, yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək. //Qafqazinfo


Bu gün Qazaxıstanda referendum idi - Fotolar Bu gün Qazaxıstanda referendum idi - Fotolar