Bu kənddə cəmi 14 nəfər yaşayır: Həyat onlar üçün dayanıb

Bu kənddə cəmi 14 nəfər yaşayır: Həyat onlar üçün dayanıb Dünya

Slovakiyada cəmi 14 nəfərin yaşadığı kənddə gündəlik həyat demək olar ki, dayanıb.

News24.az xəbər verir ki, kənd sakinləri turist axınının yaratdığı problemlər səbəbindən UNESCO Dünya İrsi siyahısından çıxarılmaq üçün aidiyyəti qurumlara müraciət edəcəklərini bildiriblər.

Sözügedən kənd Slovakiyanın Vlkolinec yaşayış məntəqəsidir. Ənənəvi taxta evləri və tarixi memarlığı ilə tanınan kənd 1993-cü ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilib. Lakin illər keçdikcə bu status sakinlər üçün üstünlükdən çox problemə çevrilib.

Sakinlərin sözlərinə görə, UNESCO statusu səbəbindən evlərdə təmir işləri aparmaq, dəyişiklik etmək və ya müasir şərait yaratmaq demək olar ki, qadağandır. Bu da kənddə həyat şəraitini daha da ağırlaşdırır.