Bu ölkələr Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir – Rutte açıqladı
Dünya
Üç ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcək.
News24.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rutte açıqlama yayıb.
O bildirib ki, sözügedən ölkələr ABŞ, Macarıstan və Slovakiyadır.
Rutte, həmçinin, vurğulayıb ki, alyans Ukraynaya siyasi və hərbi dəstəyini də davam etdirir.