Bu aktrisalara filmlərə çəkilmək QADAĞAN - EDİLDİ- FOTO
Dünya
“Məcburi hicab” qanununa riayət etməyən aktrisalara bir də filmlərdə çəkilməyə icazə verilməyəcək.
News24.az xəbər verir ki, bunu Kino Təşkilatının Film nümayişinə nəzarət departamentinin baş direktoru deyib.
“10-a yaxın aktrisa “Məcburi hicab” qanununa riayət etmədiyinə görə cərimələnib və onlara qarşı cinayət işi açılıb. Bundan əlavə, bir neçə aktrisa cinayət işindən yayınmaq üçün ölkədən qaçıb. Bu şəxslərin və bundan sonra hicab qanununu pozan aktrisaların filmlərdə çəkilməsinə qadağa qoyulacaq”, - deyə o fikirlərini yekunlaşdırıb.
Aynurə