Bu milyarder Ukraynaya 3,3 milyon dollar bağışlayacaq
Dünya
Avstraliyalı milyarder Endryu Forrest və onun keçmiş arvadı Nikola Ukraynada minalardan təmizləmə layihələri üçün 5 milyon dollar (avstraliyalı, ABŞ dollarına çevrilmiş - 3,3 milyon - redaktorun qeydi) ayırıb.
News24.az xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.
"Onların Mindero Fondundan gələn ianə fermerlər üçün təhlükəni aradan qaldıraraq, əsas bitkilərin yetişdirildiyi ərazilərdə minaları təmizləmək üçün istifadə olunacaq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Mindero Fondunun həmsədri və təsisçisi Nikola Forrest bildirib ki, Ukrayna hazırda Əfqanıstan və Suriyanı qabaqlayaraq dünyanın ən çox minalanmış ölkəsidir.
Mehriban Mirzəzadə