"Bu müharibə bəşəriyyəti məhv edəcək" - HARARİ

"Bu müharibə bəşəriyyəti məhv edəcək" - HARARİ Dünya

"Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi daha çox ölkəni cəlb edə, Üçüncü Dünya müharibəsinə və bəşəriyyətin məhvinə səbəb ola bilər".

News24.az “TASS”a istinadla xəbər verir ki, bunu israilli tarixçi, “Sapiens: Bəşəriyyətin qısa tarixi” bestsellerinin müəllifi Yuval Noah Harari bildirib.

“Bir qayda olaraq, nizam dağılır və xaosla əvəz olunur. Bu, son beş-on il ərzində baş verir. Biz bunu indi getdikcə daha çox yerdə görürük. Hazırda İsrail və Fələstində baş verənlər bunun bir hissəsidir. Təmizləməsək, daha da pisləşəcək. Bu, bütün dünyaya yayılacaq. Bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Və indi mövcud olan silah və texnologiya növü ilə bu, bəşəriyyətin özünün məhvinə səbəb ola bilər”, - o bildirib.

Harari insanlara ümidlərini itirməmələri barədə çağırış edib

“Ən azı bir qədər imkanı olan hər kəsi asayişi bərpa etməyə çağırırıq. İndi diqqət edəcəyim ilk addım bütün girovların qeyd-şərtsiz dərhal azad edilməsidir”.

Ayşən