Bu ölkədə - KORONAVİRUS YOXDUR

Bu ölkədə - KORONAVİRUS YOXDUR Dünya
Şimali Koreyada koronavirusa yoluxma halı qeydə alınmayıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Yoluxucu Xəstəliklərə Fövqəladə Nəzarət Baş Qərargahının nümayəndəsi Pak Men Su məlumat yayıb. O qeyd edib ki, indiyə qədər ölkədə sakinlərin heç birində koronavirusa yoluxma halı aşkarlanmayıb.