Bu ölkədə də koronavirusa yoluxmaların sayı - ARTDI

Bu ölkədə də koronavirusa yoluxmaların sayı - ARTDI Dünya
"Diamond Princess" kruiz gəmisindən İngiltərəyə  təxliyə edilən 32 nəfərdən 4-də koronavirus aşkarlanıb. Bununla da ölkədə virusa yoluxmuş insanların ümumi sayı 13-ə yüksəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş sanitar işçisi Kris Uitti bildirib. O, dörd nəfərdən götürülən koronavirus testlərinin nəticələrinin müsbət olduğunu açıqlayıb.

Virusa yoluxanların xüsusi infeksiya mərkəzlərinə yerləşdirildikləri açıqlanıb.