Bu ölkə benzin və mazut idxalını dayandırdı

Bu ölkə benzin və mazut idxalını dayandırdı Dünya

İraq hökuməti benzin, mazut və ağ neftin idxalını dayandırıb.

News24.az xəbər verir ki, Baş nazir Məhəmməd Şiya əs-Sudani yerli istehsalın ölkənin yanacaq tələbatını tam qarşıladığını bildirib.

Rəsmi açıqlamada qeyd olunub ki, daxili istehsal kifayət səviyyəyə çatıb və bundan sonra bu məhsulların ixracına üstünlük veriləcək.

Gündəlik 1,3 milyon barel emal gücünə malik olan İraq dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olsa da, indiyədək tam emal müstəqilliyinə nail olmamışdı. Yeni qərarla ölkə benzin və mazut kimi əsas yanacaq növlərində özünütəmin səviyyəsinə çatıb.