Bu ölkə hərbçilərin sayını kəskin şəkildə artırır: Gərginlik yarandı
Dünya
Alman ordusu son dövrlərdə aktiv xidmət edən hərbçilərin sayını artıraraq 12 ilin ən yüksək səviyyəsinə çatdırıb.
News24.az xəbər verir ki, dekabr ayı etibarilə orduda təxminən 184 194 hərbçi fəaliyyət göstərib. Bu da əvvəlki ilə nisbətən 3 000-dən çox artımdır və növbəti aylarda da bu rəqəmlərin dəyişə biləcəyi bildirilib.
Hərbçilərin sayının artırılmasının əsas səbəbi Rusiyadan yaranan təhlükə qəbul edilir və bu çərçivədə NATO öhdəlikləri də rol oynayır. Qeyd olunur ki, Almaniya 2035-ci ilə qədər böhran və ya müharibə şəraitində təxminən 460 000 hərbi hazırlıqlı şəxsi saxlamalıdır ki, bu da ordunun hazır vəziyyətini gücləndirməyi tələb edir