Bu ölkə "Meta"-nın üzvlərinin ölkəyə girişini - qadağan etdi

Bu ölkə "Meta"-nın üzvlərinin ölkəyə girişini - qadağan etdi Dünya
Kamboca, sosial media nəhəngi Meta-nın iyulun 4-dən etibarən nəzarət şurasının 22 üzvünün hamısına giriş qadağası tətbiq etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, hazırda Kambocada olan müşahidə şurası üzvləri də 48 saat ərzində ölkəni tərk etməlidirlər.

Belə bir qərarın Kamboca Baş naziri Hun Senin rəsmi Facebook hesabının Meta tərəfindən müvəqqəti bağlanması səbəbiylə alındığı vurğulanan açıqlamada, " Bu, Kamboca vətəndaşlarının heyran olduqları liderlərindən etibarlı xəbərlər almaq hüququnun qarşısını almaq məqsədi daşıyır"- deyib.

Meta nəzarət şurası baş nazir Hun Senin yanvar ayında paylaşdığı videonun Facebook siyasətlərini pozduğunu əsas gətirərək hesabı 6 ay müddətinə dayandırıb.

Bunun ardınca Hun Sen keçən həftə 14 milyondan çox izləyicisi olan hesabını həmişəlik bağladığını açıqlamışdı.

Aydan