Bu ölkədə begemotlar məhv ediləcək
Dünya
Kolumbiya hökuməti ölkədə sayı təxminən 200-ə çatan begemotların bir hissəsinin məhv edilməsi ilə bağlı qərar qəbul edib.
News24.az xəbər verir ki, bu barədə Kolumbiyanın ətraf mühit naziri İrene Veles açıqlamasında bildirib.
“Populyasiyanı azaltmaq üçün hərəkətə keçməliyik. Bu tədbirlər ekosistemlərimizi qorumaq üçün zəruridir”, — deyə nazir bildirib.
Onun sözlərinə görə, begemotlar çay tısbağalarına və lamantinlərə təhlükə yaradır, həmçinin suyu çirkləndirir.
Qeyd edək ki, ilk dörd begemot 1980-ci illərdə narkotik ticarəti ilə məşğul olan Pablo Eskobar tərəfindən şəxsi zoopark üçün ölkəyə qanunsuz gətirilib. O vaxtdan bəri onların sayı demək olar ki, nəzarətsiz şəkildə artıb. /Reuters/