Bu ölkədə elektron siqaretlər qadağan edildi
Dünya
Özbəkistanda elektron siqaretlərin və nikotin tərkibli cihazların dövriyyəsini qadağan edən qanun qüvvəyə minib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Dəyişikliklərə əsasən, Özbəkistana tütün məmulatlarının və nikotinin çatdırılması üçün elektron sistemlərin idxalında və ya ixracında təqsirli bilinən vətəndaşlar ciddi məsuliyyətə cəlb oluna bilərlər.
Qanun ölkə ərazisində dövriyyəsi qadağan edilmiş elektron siqaretlərin hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və istehsalına da şamil edilir.