Bu ölkədə faciə: Xeyli sayda ölən var

Bu ölkədə faciə: Xeyli sayda ölən var Dünya

Mərakeşin Fes şəhərində faciəvi hadisə baş verib.

News24.az xəbər verir ki, şəhərdə iki binanın çökməsi nəticəsində 19 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və tibbi briqadalar cəlb olunub. Yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Rəsmilər bildiriblər ki, dağıntıya səbəb olan amillərin müəyyən edilməsi üçün araşdırma aparılır