Bu ölkədə güclü zəlzələ oldu
Dünya
Çinin şimal-qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az-ın məlumatına görə, hadisə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlama yayıb.
Yeraltı təkanların episentri 135 min nəfərin yaşadığı Tumşuk şəhərindən təxminən 141 kilometr şimal-qərbdə yerləşib, zəlzələnin ocağı isə 7 kilometr dərinlikdə formalaşıb.
Hazırda xəsarət alanlar və dağıntılarla bağlı hər hansı məlumat verilməyib.