Bu ölkədə həbçilər naməlum tozdan zəhərləndi

Bu ölkədə həbçilər naməlum tozdan zəhərləndi Dünya

ABŞ-nin Merilend ştatındakı Endryus hərbi bazasında bir neçə nəfər tərkibində naməlum ağ toz olan bağlama açıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ehtiyat tədbiri olaraq bazanın rəhbərliyi bağlamanın göndərildiyi binanı və ona bitişik tikilini təxliyə edib.

Hazırda fövqəladə xidmət orqanları hadisə yerində araşdırma aparır. İlkin müəyyənləşdirmələrə əsasən, həmin maddə insanların həyatı üçün birbaşa təhlükə yaratmır.

Mütəxəssislər tozun dəqiq tərkibini hələ müəyyənləşdirməsələr də, ilkin nəticələr onun təhlükəli olmadığını göstərib.

Bundan əlavə, məlumatda bildirilir ki, bağlamada siyasi təbliğat materialları da olub.

Qeyd edək ki, Endryus hərbi bazası ABŞ prezidenti, vitse-prezidenti və hökumətin digər yüksək vəzifəli şəxslərinin uçuşlarının təşkil olunduğu obyekt kimi istifadə olunur.