Bu ölkədə kütləvi zəhərlənmə: 54 məktəbli…
Dünya
Türkiyədə 54 şagird qidadan zəhərlənib. Hadisə Kocaeli və Rize şəhərlərində baş verib.
News4.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kocaelidə özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.
Rizedə isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib. Hər iki liseyin zəhərlənən şagirdləri xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalara başlanılıb.