Bu ölkədə matəm elan olundu

Bu ölkədə matəm elan olundu Dünya

Kubada Fidel və Raul Kastro qardaşlarının silahdaşı, Kuba inqilabının komandirlərindən biri Ramiro Valdes Menendesin vəfatı ilə əlaqədar rəsmi matəm elan edilib.

News24.az xəbər verir ki, ölkə prezidenti Migel Dias-Kanel bununla bağlı müvafiq fərman imzalayıb.

Matəm 23 iyun gecə yarısına qədər davam edəcək.

Bu müddət ərzində dövlət binalarında və hərbi obyektlərdə dövlət bayraqları endiriləcək.

Kuba hakimiyyəti Valdesin 95 yaşında vəfat etdiyini iki gün əvvəl, iyunun 21-də açıqlayıb.

Ramiro Valdes Kuba inqilabı nəslinin son nümayəndələrindən biri olub.

O, 1953-cü ildə Monkada kazarmalarına hücumda və 1956-cı ildə "Qranma" yaxtasındakı ekspedisiyada iştirak edib, partizan müharibəsi illərində isə Ernesto Çe Gevaranın müavini olub.

1959-cu ildə inqilabın qələbəsindən sonra Valdes iki dəfə Kubanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib, Kommunist Partiyasının rəhbərliyində təmsil olunub, dövlət təhlükəsizliyi və kəşfiyyat orqanlarının yaradılmasında iştirak edib.

Son onilliklərdə isə müxtəlif dövlət vəzifələrini tutmağa davam edib. / Cubadebate/