Bu ölkədə məktub paylanılması dayandırılır
Dünya
Danimarkanın milli poçt şirkəti "PostNord" 2026-cı ildən etibarən məktub paylamayacağını açıqlayıb və 401 illik ənənəyə son qoyub.
News24.az xəbər verir ki, şirkət son illərdə ölkədə məktub göndərilməsinin 90 faiz azalması səbəbindən bu qərarı verdiyini bildirib.
1624-cü ildən ölkədə məktub paylayan "PostNord"un açıqlamasında bildirilir ki, məktubların paylanmasında çalışan 2,200 işçidən 1,500-ü işdən çıxarılacaq, qalan 700 işçi isə yük daşımaları sahəsində fəaliyyətini davam etdirəcək.
Qırmızı poçt qutuları isə gələcəkdə ianə toplamaq məqsədilə istifadə olunacaq.