Bu ölkədə nağd ödənişlər ləğv edildi

Bu ölkədə nağd ödənişlər ləğv edildi Dünya

İsveçrə dünyada nağdsız ödənişə keçidi ən sürətli həyata keçirən ölkə hesab olunur.

News24.az xəbər verir ki, İsveçrə Mərkəzi Bankının məlumatına əsasən, bir çox bank filialında nağd əməliyyatlar dayandırılıb, bəzi şöbələrdə isə kassalar tamamilə ləğv edilib.

Hazırda ölkədə ödənişlərin 90 faizindən çoxu mobil tətbiqlər və təmassız kartlar vasitəsilə həyata keçirilir. Nəqliyyatda, kafelərdə və mağazalarda nağd pul demək olar ki, qəbul edilmir.

Stokholmda insanlar gündəlik alış-verişlərini tamamilə rəqəmsal üsullarla həyata keçirirlər. Ən çox istifadə olunan “Swish” mobil tətbiqi vasitəsilə vətəndaşlar yalnız telefon nömrəsini daxil etməklə pul göndərə bilirlər.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik iqtisadiyyatı sürətləndirir və təhlükəsizliyi artırır. İsveçin nümunəsini Norveç, Finlandiya, Çin və Cənubi Koreya da izləyərək, nağdsız ödənişlərə keçidi sürətləndirirlər.