Bu ölkədə prezident və ailəsinə sui-qəsd hazırlayan şəxslər saxlanıldı

Bu ölkədə prezident və ailəsinə sui-qəsd hazırlayan şəxslər saxlanıldı Dünya

Serbiya polisi respublika prezidenti Aleksandr Vuçiçə və onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə görə, şübhəlilər respublikanın mərkəzi hissəsində yerləşən Kralyevo şəhərində saxlanılıblar.