Bu ölkədə qadın demək olar ki, - yoxdur
Dünya
İtaliyanın paytaxtı Romada yerləşən dünyanın ən kiçik müstəqil ölkəsində cəmi 800 nəfər yaşayır. Öz qaydaları olan bu kiçik dövlətin adı Vatikandır...
News24.az Vatikanla bağlı bilinməyənləri təqdim edir:
İstər tarixi, istərsə də dini baxımdan böyük əhəmiyyət kəsb edən Vatikan İtaliyadan tamamilə müstəqil, özünəməxsus qaydaları olan bir dövlətdir. Paytaxt Romada yerləşən Vatikanda cəmi 800 nəfər yaşayır. Gündüz Vatikana işə gedənlər axşam saatlarında şəhərin qapıları bağlanmaq üzrə olanda ölkəni tərk edirlər.
1929-cu ildə Lateran müqaviləsi ilə müstəqillik qazanan Vatikan katolik təriqətinin mərkəzidir. Bu, Papanın rəsmi iqamətgahıdır. Papa monarxiya ilə idarə olunan Vatikanın mənəvi və siyasi rəhbərliyini öz üzərinə götürür.
Vatikanda qadınların nisbəti olduqca aşağıdır. 800 nəfərin yaşadığı ölkədə rahiblərdən və bəzi qadın işçilərdən başqa qadın yoxdur. Əhalinin 90 faizinin kişi olduğu Vatikanda Roma Papası, kardinallar, ruhanilər, isveçrəli mühafizəçilər, Vatikan işçiləri və müvəqqəti məmurlar yaşayır.
Müstəqil dövlət olan Vatikanın özünün şəxsi poçt xidməti, radiostansiyası, qəzeti və özəl mühafizə bölmələri var.
Hər il milyonlarla insanın ziyarət etdiyi Vatikanda tarixi və memarlıq əsərləri də yer alır. Xüsusilə Mikelancelonun bənzərsiz freskaları ilə bəzədilmiş Sikstin kapellası və Vatikan muzeyləri milyonlarla ziyarətçiyə ev sahibliyi edir.
Məryəm İlhamqızı